BAKU Azərbaycan
19.03 °C

Baş Prokurorluğun qadınlara qarşı zorakılıqla bağlı videomüraciəti – VİDEO

Azərbaycan Respublikasının Baş Prokurorluğu qadınlara qarşı zorakılıqla bağlı maarifləndirici videomüraciət yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Gazette.az daxil olan videomüraciətdə deyilir: “Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Təəssüflər olsun ki, təkcə 2021-ci ilin birinci yarımili ərzində baş vermiş qəsdən adamöldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.

Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır.

Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun 961 – Çağrı Mərkəzinə müraciət et!”.