BAKU Azərbaycan
14.03 °C

Yoluxma sayı 2396 nəfərə çatdı

Azərbaycanda son sutkada 2396 nəfərdə “COVID-19”-a yoluxma faktı qeydə alınıb, 674 nəfə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gazette.az-a verilən məlumata görə, gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxmuş 11 nəfər dünyasını dəyişib. 

Bu günə kimi Azərbaycanda ümumilikdə 357 min 58 nəfər “COVİD-19”-a yoluxub ki, onlardan da 336 min 445 nəfər müalicə olunaraq sağalıb və 5095 nəfər qeyd edilən infeksiyasının qurbanı olub. Ölkədə hazırda aktiv xəstə sayı 15518 nəfərdir.