Ağsuda baş vermiş yanğın məhdudlaşdırılıb – VİDEO
Ekologiya
06.08.2021 / 15:10
Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Gazette.az-a bildiriblər ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınsöndürmə əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay