BAKU Azərbaycan
14.03 °C

Azərbaycan məktəbində şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır

Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.