BAKU Azərbaycan
13.03 °C

İnformasiya və rabitə xidmətlərindən gəlirlərin 82 %-i özəl sektorun payına düşüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 030,4 milyon manatlıq xidmət göstərib.

Gazette.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 76,6 %-i əhali sektoruna aid olub.

5 ay ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 % artmış, bu sahədə əldə edilmiş gəlirin 82,3 %-i qeyri-dövlət sektorunun payına düşüb.