BAKU Azərbaycan
12.03 °C

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, Gençlik ve Spor Bakanlığı, Daire Başkanı rəhbəri Bozkurt Maya, Baş İdarənin rəis müavini Aydın Yusifov, Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov,  BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Binəqədi və Səbail rayon Gənclər və İdman İdarəsi və Gəncliyə Yardım Fondunun nümayəndələri,   Gençlik ve Spor uzmanı Edip Yalçın, Gençlik ve Spor uzman yardımcısı Ozan Candaş Sevin, Gençlik ve Spor uzmanı Yusuf Ertan, Gençlik ve Spor uzman yardımcısı Sedar Tezcan, Gençlik Hizmetleri müdiri Mehmet Ünlü, Genclik Merkezi müdiri Murat Peşmen  iştirak ediblər.

    İlk öncə Raqif Abbasov  Baş İdarənin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verilmişdir. Sonra Baş İdarənin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək bildirib ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda  bəlli ediblər. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. 

 Sonra  ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olunaraq,  idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqqında geniş məlumat verilərək, gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları, gənclər və idman idarələri arasında əməkdaşlıq və mübadilə, birgə layihələrin keçirilməsi, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Sonda tədbir iştirakşılarına xatirə hədiyyələri təqdim edilərək xatirə şəkli çəkilmişdir.