BAKU Azərbaycan
13.03 °C

TN: “Bağçalarda işə qəbulla bağlı işçi qrup yaradılıb”

“Uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb”.

Gazette az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

Onun sözlərinə görə, qəbul prosesinin istiqamətləri ilə bağlı iş aparılır:

“Son nəticə aydın olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Hesab edirəm ki, bu sahədə inqilabi dəyişikliyin olması nəzərdə tutulmur. Sadəcə bir bağça tərbiyəçisinin bilməli olduğu məqamlar soruşulacaq”.