BAKU Azərbaycan
20.03 °C

“Azəriqaz”: "Təbii qaz qəbulu 247 milyon kubmetr artıb"

Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 276 milyon kubmetr təbii qaz qəbul edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin 3 ayında qəbul olunmuş qaz həcminin 706 milyon kubmetri sənaye xətləri üzrə, 2 milyard 570 milyon kubmetri əhali xətləri üzrrə olub.

Bu, 2021-ci ilin yanvar-mart ayları üzrə müqayisədə qazın qəbulunda 247 milyon kubmetr artım olub.

Ötən mart ayında 1 milyard 114 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 251 milyon kubmetri sənaye xətləri üzrə, 863 milyon kubmetri isə əhali xətləri üzrədir.