BAKU Azərbaycan
17.03 °C

TƏBİB rəhbəri: "Azərbaycanda peyvəndlərin saxlanması ilə bağlı problem olmayıb"

"Azərbaycanda peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu günə qədər heç bir problem qeydə alınmayıb. Vaksinlərin lazımi şəraitdə saxlanması və əhaliyə vurulması yüksək səviyyədə davam edir".

Gazette az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan üzrə koronavirus əleyhinə keçirilən vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir: "Regionlarda bu proses əhalinin sayına görə tənzimlənir. Əsas məqsəd əhalinin daha sürətli şəkildə bu prosesə qoşulmasıdır".

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə vurğulayıb ki, peyvənd məntəqələrində kifayət qədər soyuducular və əvvəldən soyuq zəncir qurulub: "Dəstək olaraq və əlavə şəbəkənin genişləndirilməsi üçün avadanlıqların verilməsi zəruridir".