BAKU Azərbaycan
16.03 °C

Azərbaycanda martda 21 tikinti obyektinin enerji təchizatı layihəsi qeydiyyata alınıb

Bu ilin mart ayında Azərbaycanda 21 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.

Gazette az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) məlumat yayıb.

Məlumata görə, ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 5 layihənin qeydiyyata alınmasından imtina edilib. Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 12 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

Bundan başqa, ay ərzində 203 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb; Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 12 layihənin qeydiyyata alınmasından imtina edilib; 26 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib; “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 3 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 12 inzibati xəta haqqında işə baxılıb, onlardan 8 iş üzrə inzibati xəta haqqında protokol, 4 iş üzrə isə inzibati tənbeh vermə haqqında qərar çıxarılıb.