BAKU Azərbaycan
18.03 °C

Azərbaycanda martda elektrik və qazla bağlı 115 nəzarət tədbiri keçirilib

Bu ilin mart ayında Azərbaycanda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 63 nəzarət tədbiri keçirilib.

Gazette az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) məlumat yayıb.

Məlumata görə, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə isə 52 nəzarət tədbiri keçirilib.

Beləliklə, iki sahə üzrə nəzarət tədbirlərinin ümumi sayı 115 olub.

Agentlik ay ərzində 20 müəssisədə 77 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərib.

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 203 müraciət qəbul edilərək icra edilib.