BAKU Azərbaycan
15.03 °C

Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirilib

Qırmızı Ürəklər (Red Hearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə Gənc Qan Donorlarının III  Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.

 

Tədbirin məqsədi respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması, eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

 

Forumda Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, eləcə də Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər. Natiqlər Forumun əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarının geniş auditoriyaya çatdırılmasının vacibliyindən danışıblar.

 

Ümumrespublika Forumu çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər gənc “könüllü donor şəbəkəsinin qurulması" mövzusunda təşkil olunan 3 günlük təlimlərdə iştirak ediblər.

 

Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər onların ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərmələrinə imkan yaradacaq.