BAKU Azərbaycan
23.03 °C

Baş Prokurorluq: "Restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır"

Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.