BAKU Azərbaycan
18.03 °C

Şuşanın azad olunmasından bir gün sonra: Azərbaycan Ordusu xeyli kəndi bir gündə işğaldan təmizlədi – SİYAHI

44 günlük Vətən müharibəsi dövründə Şuşanın işğaldan azad edilməsinin elan olunmasından bir gün sonra Azərbaycan Ordusu sürətli hərbi əməliyyatları davam etdirdi.

 

9 noyabr tarixi 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəkliyin azad olunması ilə yadda qaldı.

Həmin əraziləri təqdim edirik:

Şuşa rayonu üzrə: Daşaltı kəndi;

Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri;

Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri;

Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salatəkin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri;

Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri;

Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri;

Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragözə, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr) Şükürataz yüksəkliyi (2000 metr) 

Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.