BAKU Azərbaycan
17.03 °C

Əminə Ərdoğan Azərbaycan xalqını təbrik edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Bu barədə Əminə Ərdoğan “Twitter” hesabında paylaşım edib.

“Can Azərbaycanın vətən torpağı Qarabağı əzmkar mübarizə ilə azad etməsinin birinci ildönümünü can-könüldən təbrik edirəm. Vətən sevgisi vətən torpağına qarışmış bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anıram”, - deyə paylaşımda qeyd olunub.