Müharibədə tanış olmuşdular, Zəfər Gününə övladları ilə gəldilər - Foto
Ölkə
08.11.2021 / 16:21
Vətən müharibəsində yaralanan və müalicə alarkən xəstəxanada tanış olduğu tibb bacısı ilə evlənən qazi Rüstəm Əhmədli də bu gün Zəfər yürüşündə iştirak edənlər arasında olub .
Müharibə zamanı tibb bacısı kimi Ağcəbədi Rayon Xəstəxanasında yaralı əsgərlərimizə kömək edən Esmira Paşayeva ilə ailə həyatı quran qazinin övladı dünyaya gəlib.
Onlar bu gün körpələri ilə birgə yürüşə qatılıblar.