BAKU Azərbaycan
17.03 °C

Ombudsman: "Azərbaycanda məhkum olunan erməni hərbçilərin heç bir şikayəti yoxdur"

"Ombudsman Aparatının əməkdaşları Azərbaycanda məhkum olunan erməni hərbçilərə baş çəkib".

 

Bunu açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, erməni məhkumların saxlanma şəraiti, tibbi yardımla təmin olunmaları və digər məsələlər diqqətdə saxlanılır: "Ombudsman Aparatının əməkdaşları onlara baş çəkib, heç bir şikayətləri yoxdur".