BAKU Azərbaycan
13.03 °C

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.

 

Məlumata görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.

B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub. 

Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan vəfat edib.