BAKU Azərbaycan
13.03 °C

Azərbaycanlı kursantlar Türkiyədə şəhidləri andılar

Azərbaycanlı kursantlar şəhidləri anmaq üçün Türkiyənin İsparta vilayətində Davraz dağına çıxıblar.

 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında video yerləşdirilib.

“Komandolarımız şəhidlərimizi yad etmək üçün İsparta/Eğirdirdə Davraz dağına çıxıb. Yürüşdə Azərbaycan və Somalidən olan kursantlar da daxil olmaqla 3 000 nəfər iştirak edib. Şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə məlumatda qeyd edilib.