BAKU Azərbaycan
12.03 °C

Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları ölkə sərhədindən kənara çıxararaq cinsi istismara məruz qoymaqda şübhəli bilinən Xaçmaz rayon sakini Nurəsdə Əlimuradova tutulmuşdur. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.  

Məhkəmənin hökmünə əsasən N.Əlimuradova Cinayət Məcəlləsinin  144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.