Bakıda dördəmlər dünyaya gəlib
Ölkə
14.09.2021 / 20:19
Azərbaycanda özəl klinikaların birində dördəm uşaqlar dünyaya gəlib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən GAZETTE-yə verilən məlumata görə, uşaqlardan 3-ü oğlan (1140 qr, 1350 qr və 1230 qr), 1-i qızdır (1120 qr).
Bildirilib ki, ana və uşaqların vəziyyəti stabildir. Eyni zamanda qeyd edilib ki, xəstəxana xərcləri Agentlik tərəfindən qarşılanıb.