BAKU Azərbaycan
17.03 °C

Gün ərzində ölkədə 1266 nəfərə vaksin vurulub

Sentyabrın 13-də Azərbaycanda 1266 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

GAZETTE Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 611 min 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 508 min 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 103 min 91 nəfər təşkil edir.