BAKU Azərbaycan
13.03 °C

Bir doza peyvənd vurduranların yalnız immun sertfikatının vaxtı uzadılır – TƏBİB

Yeni növ koronavirus (COVID-19) əleyhinə birinci doza peyvənd vurdurduqdan sonra infeksiyaya yoluxan xəstələrə immunitet sertifikatı verilir.

GAZETTE xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış məlumat verib. Onun sözlərinə görə, həmin xəstələr 6 aydan sonra daha bir doza vaksin vurduraraq immunitet sertifikatının vaxtını uzada bilərlər: “İnfeksiyaya yoluxmadan əvvəl vurulan peyvənddən 56 gün keçdiyinə görə, ikinci doza peyvənd vurdurmayanlar vaksin pasportu əldə edə bilmirlər. “COVID-19” pasportu əldə etmək üçün vətəndaşlar yoluxandan 6 ay sonra mütləq iki doza peyvənd vurdurmalıdırlar. Yalnız bir doza peyvənd vurduranların isə immun sertfikatının vaxtı uzadılır”.