BAKU Azərbaycan
13.03 °C

Yeni növ koronavirusa yoluxan daha 3428 nəfər sağalıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə verilən məlumata görə, “COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 min 725 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 min 977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 min 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 530, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 578 min 600 test aparılıb.