BAKU Azərbaycan
14.03 °C

Deputat Eldəniz Səlimov həbs edildi – FOTO

Bu gün toxunulmazlıq hüququ ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Gazette.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində deputat Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qəbul edilib.

Xatırladaq ki, avqustun 3-də Milli Məclisin plenar iclasında 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə parlamentin deputatı Eldəniz Səlimovun toxunulmazlığı Baş prokurorun təqdimatı əsasında ləğv edilmişdi.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, Xaçmazda polis əməkdaşına qarşı güc tətbiq edən E.Səlimova qarşı CM-in vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə ittiham irəli sürülüb.