BAKU Azərbaycan
16.03 °C

Avqustun 3-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətindən Gazette.az-a verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Avqustun 3-də Abşeron çimərliklərində şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti olacaq.