BAKU Azərbaycan
17.03 °C

MM növbədənkənar toplanır – Deputatın toxunulmazlığına xitam verilə bilər – FOTO

İyulun 31-də Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a daxil olan məlumata görə, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, deputat Eldəniz Səlimov Xaçmaz şəhərindəki “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsində ittiham olunur.

Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş müraciət Baş Prokurorluq tərəfindən araşdırılımış və toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmışdı.