BAKU Azərbaycan
18.03 °C

Fransız jurnalistlər Qarabağda olublar – FOTO

Fransız jurnalistlər Qarabağ bölgəsində ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər.

Gazette.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alan Rumestənd və fransız fotoqraf Qreqori Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ
bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin şahidi
olublar. Fransız qonaqlar müxtəlif KİV-lərə müsahibələrində mövcud vəziyyətdən çox
təsirləndiklərini bildiriblər.

Bakı şəhərindəki Azərbaycan–Fransız Universitetini (UFAZ), erməni kilsəsini və
“Qobu-Park 3” yaşayış kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” mərkəzini ziyarət
edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını,
Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə
müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf
proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri
inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.