BAKU Azərbaycan
13.03 °C

Ceyhun Bayramov: “Türkiyəyə hər cür dəstək göstərməyə hazırıq”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib.

Gazette.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün “Facebook”-dakı hesabında yazıb.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin (red. yanğınlar nəticəsində artıq 4 nəfər dünyasını dəyişib) həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, – deyə Ceyhun Bayramov qeyd edib.