BAKU Azərbaycan
14.03 °C

ANAMA-nın sədri TİHEK-in Qarabağ Müşahidə Qrupu ilə görüş keçirib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Suleymanov Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüş keçirib.

Gazette.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, görüş zamanı V.Süleymanov Azərbaycanın işğaldan azad edilən ərazilərində mövcud olan mina təhlükəsinə dair məlumat paylaşıb.
Düşmən tərəfindən əhaliyə qarşı istifadə edilən çox sayda tələ-minaları haqqında məlumat verilib.
Bundan əlavə, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətinə ANAMA-nın beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun həyata keçirdiyi əməliyyatlar barədə ətraflı məlumat paylaşılıb.
Qeyd edək ki, Türkiyə Respublikasının İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) nəzdində təcrübəli tədqiqatçılardan ibarət Qarabağ Müşahidə Qrupu yaradılıb.
Görüş zamanı icra edilən mina fəaliyyəti üzrə ətraflı fikir mübadiləsi aparılıb.