Hərbçilərin pensiya təyinatında - Yenilik

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək.

Gazette.az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.

Qeyd edilib ki, bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq.

Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

SON XƏBƏRLƏR

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Hərbçilərin pensiya təyinatında - Yenilik

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Daha bir dövlət müəssisəsi ləğv edildi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Damar sağlamlığı üçün 5 qida

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Bakı Bəyannaməsi qəbul edilib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Yorğun hiss edirsiniz?

Gündə 10 dəqiqə məşq etməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq olar

Bu evlərə kupça verilməyəcək

Lavrov Bakıda Hakan Fidanla görüşüb

BÜTÜN XƏBƏRLƏR