Ukrayna Müdafiə Nazirliyi: “Qara dənizdəki Rusiya hərbi gəmiləri bizim üçün təhlükə yaradır”

“Rusiya Federasiyasının Qara dənizdəki 5 gəmisi 34-ə qədər kalibr tipli qanadlı raket buraxmaq imkanına malikdir”.

Gazette.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık məlumat verib.

Onun sözlərinə görə, bu, Ukrayna üçün Qara dənizdən raket zərbələri təhlükəsinin olması deməkdir: “Çünki raketlər faktiki olaraq bütün ölkə ərazisini hədəf ala bilər”.

A.Motuzyanık bildirib ki, Rusiya öz hərbi qüvvələrini rotasiya edir: “Bəzi yerlərdən geri çəkir, bəzi ərazilərə isə daxil edir. Bütün bunlar taktiki oyunlardır. Buna görə də burada heç bir böyük taktiki və ya operativ-strateji dəyişikliklər görmürəm”.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Rusiya qoşunlarının müvəqqəti işğal olunmuş Krımda hava hücumundan müdafiə sistemləri qurduğunu vurğulayıb: “Xüsusilə yarımadanın şimal-qərb hissəsində Olenevka və Razdolnoye yaşayış məntəqələri yaxınlığında iki “S-300” zenit-raket diviziyasının yerləşdirilməsi davam edir”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR