Nazir: "Türkiyə Tacikistana "Bayraktar" tədarük edib"

Türkiyə Tacikistana “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) tədarük edib.

Gazette az “Knews.kg”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev də təsdiqləyib.

Bildirilib ki, aprelin 27-də Qırğızıstan parlamentində Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı keçirilən iclasda deputat Mirlan Samıykojo sosial şəbəkədə Türkiyənin Tacikistana “Bayraktar” tədarük etməsinə dair məlumatların yayıldığını qeyd edərək informasiyanın dəqiqləşdirilməsini istəyib.

J.Kulubayev Tacikistanın Türkiyədən PUA aldığını təsdiqləyib: “Bəli, bu həqiqətdir. Bir müddət əvvəl Türkiyəyə Qırğızıstanla Tacikistan arasında problem həll olunmadığı üçün bu məsələdə ehtiyatlı davranmasını xahiş etmişdik. Onlar isə bunun hərbi-texniki əməkdaşlıq ticarəti olduğunu bildirdilər”.

O, bu istiqamətdə Türkiyə ilə danışıqları davam etdirəcəklərini vurğulayıb.

Məlumata görə, Türkiyədən Tacikistana ixrac edilən hərbi texnikanın sayı açıqlanmayıb. İki ölkə arasında razılaşma Ankarada imzalanıb.

Düşənbənin Ankaradakı səfirliyinin tviter səhifəsində yaydığı məlumata əsasən, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Tacikistanın müdafiə naziri Şerali Mirzo Türkiyədə səfərdə olub. O, Selcuk Bayraktarla da görüşüb.

Qeyd edək ki, Jeenbek Kulubayevin nazir postuna namizədliyi bu gün təsdiqlənib.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR