Hərbi administrasiyanın rəhbəri Xarkovdakı son vəziyyəti açıqlayıb

“Silahlı qüvvələrimiz Xarkov şəhərinin müdafiəsini təşkil edirlər. Şəhərdə xeyli infrastruktur, o cümlədən mülki infrastruktur dağıdılıb”.

Bunu Ukraynanın Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

O deyib ki, Xarkovda çoxmənzilli binalar da daxil olmaqla 2000-dən çox ev dağılıb: “Ölənlərin sayı 600-ə yaxınlaşır. İşğalçılarla müharibə 40-dək uşağın həyatına son qoyub. Hər gün şəhər reaktiv yaylım atəşi sistemlərindən və qumbaraatanlardan atəşə tutulur. Xarkov şəhərində əhalinin sıx məskunlaşdığı Alekseyevka, Pyatixatki, Saltovka, Şimali Saltovka, Klyuniçovskaya, Raqanski yaşayış massivi kimi rayonları atəşə məruz qalır”.

O.Sinequbov qeyd edib ki, Xarkovun tarixi mərkəzinə də zərbələr endirilib: “Burada heç bir hərbi infrastruktur, hərbi baza, zavod, hərbi universitet yoxdur. Təəssüf ki, hadisə nəticəsində ölənlər və yaralananlar var. Uşaqlar da ölür. Bir neçə gün əvvəl 7 aylıq və 7 yaşlı uşaqlar ölüb. İtkiləri olan ailələrin sayı xeyli çoxdur. Şəhəri, infrastrukturu bərpa edə biləcəyik, amma təəssüf ki, məhv olmuş həyatları geri qaytarmaq mümkün deyil. Bilirik ki, işğalçı Xarkov döyüşünü artıq uduzub. Buna görə də, özlərinin də dediyi kimi, dünyanın ikinci ordusu dinc sakinlərə qarşı müharibə aparır. Əminəm ki, biz hər şeyin öhdəsindən gələcək və müharibədən qalib çıxacağıq”.

Hərbi Administrasiyanın rəhbəri vilayət üzrə ümumi vəziyyətdən danışarkən bildirib ki, İzyumsk rayonunda vəziyyət gərgin olaraq qalır: “Düşmən Luqansk və Donetsk vilayətləri ilə əlaqəni kəsmək və burada öz hərbi iştirakını gücləndirmək istəyir. Onlar İzyumsk istiqamətindən öz texnikasının daşınması üçün istifadə edir. Silahlı qüvvələrimiz onları həmin ərazidə qarşılayır. Düşmən canlı qüvvə, zirehli texnika və aviasiya baxımından böyük itkilərə məruz qalır. Hər gün bu istiqamətdə də qələbələrimiz barədə hesabat veririk”.

Onun sözlərinə görə, hazırda Xarkov sakinlərinin təxliyəsi üçün heç bir zərurət yoxdur: “Vilayətdə Brovinkova və Lozovaya şəhərində təxliyə işləri aparmışıq. İndiyədək bu yaşayış məntəqələrindən 40 minədək insan təxliyə olunub. Bu məntəqələr İnzyumsk istiqamətində yerləşdiyindən hərbi qüvvələrimiz bu ərazilərdə də hərbi əməliyyatların genişləncəyini proqnozlaşdırırlar. Bu səbəbdən, dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə əməliyyatı təşkil edirik”.

 

 

report

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR