Rusiya bu ölkələri də işğal etmək istəyir - GİZLİ PLAN ÜZƏ ÇIXDI...SİYAHI

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O, digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər”.

Gazette az xəbər verir ki, bu barədə amerikalı diplomat Robert Pirson “The Hill”də dərc olunan məqaləsində bildirib.

 

Diplomatın sözlərinə görə, Vladimir Putin Rusiya imperiyası sərhədlərini bərpa etməyə çalışır. Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır.

Pirson qeyd edib ki, Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya  və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir.

“Biz bilirik ki, Putin sağ qalsa, Rusiyanın Qərbdə hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa və Suriya və Qazaxıstanda olduğu kimi, Rusiya qoşunlarının mövcudluğunu başqa ölkələrdə də bərpa etməyə çalışacaq. Putin NATO ölkələri, Polşa və Almaniya üçün qorxuducu vasitə kimi Kalininqradda və Rusiyanın Baltikyanı sərhədləri boyunca fəaliyyətini artıracaq”, - diplomat bildirib.

Pirson qeyd edib ki, Rusiya prezidenti Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır. Diplomat hesab edir ki, NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Eyni zamanda o vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, “müdafiədə oynamaq” kifayət deyil.

 

 

publikaaz

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR