Ukrayna dəniz piyadalarının əsir düşməsi haqqında xəbərləri təsdiq edib

Ukraynanın 36-cı dəniz piyadası briqadasının Mariupolda “Azov” alayı ilə birləşməsi zamanı dəniz piyadalarının bir neçəsi əsir düşüb.

Gazette az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bu xəbəri təsdiq edib.

O, çoxsaylı hərbçinin əsir düşməsi haqqında Rusiya tərəfinin yaydığı xəbərləri təkzib edib.

Müşavir deyib ki, 36-cı dəniz piyadası briqadasının hərbçiləri cəbhəni yarmağa çalışarkən əsir düşüb: "Söhbət min nəfərdən deyil, xeyli az sayda hərbçidən gedir. Min nəfərin əsir düşməsi haqqında xəbərlər bir neçə dəfə şişirdilmiş yalandır. Briqadanın bir hissəsi “Azov” alayı ilə birləşməyə, digər hissəsi isə ayrı istiqamətdən cəbhəni yarmağa çalışıb. Cəbhəni yarmağa çalışan hissə artilleriya zərbələrinə məruz qalıb, xeyli hərbçi həlak olub, onların bir qismi isə əsir düşüb”.

Onun sözlərinə görə, cəbhəni yarmağı bacarmış hissə döyüşü davam etdirməyə hazırdır. Görülmüş tədbirlərdən sonra Mariupolun müdafiəsi möhkəmləndirilib.

Xatırladaq ki, Mariupol şəhəri martın 1-dən Rusiya qoşunlarının mühasirəsindədir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR