
Reklam
17 Mart 2022, 16:11
641
Ukraynanın Çerniqov şəhəri artilleriya və hava hücumuna məruz qalıb, 53 nəfər ölüb
Ukraynanın Çerniqov şəhərinə Rusiya ordusu tərəfindən artilleriya və hava hücumları nəticəsində ötən 24 saat ərzində 53 nəfər həlak olub.
Gazette Az xəbər verir ki, bunu Çerniqov Əyalət Hərbi Administrasiyasın rəhbəri Viaçeslav Çaus “Telegram” kanalında bildirib.
O, işğalçıların əyalət mərkəzinə girə bilmədiklərini, Ukrayna ordusu ilə toqquşmalarda xeyli itki verdiklərini diqqətə çatdırıb.
V.Çaus bununla yanaşı, şəhər sakinlərinin təxliyəsi üçün “yaşıl dəhliz” açdırmaq üçün danışıqların aparıldığını söyləyib.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





