
Reklam
17 Mart 2022, 14:08
674
SON DƏQİQƏ: B.Britaniya Ukraynaya yeni raket sistemləri verdi - Hava hədəflərini vurmaq daha asan olacaq
Böyük Britaniya yüksək sürətli "Starstreak"ləri Ukraynaya təhvil verib.
Gazette Az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Nazir "Starstreak" yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.
"Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, - Uolles qeyd edib.
Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə "Javelin" tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.
sferaaz
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





