Rus pilot anasının qaldığı Ukrayna şəhərini BOMBALADI: Əsir alınandan sonra öyrəndi…

Rusiya Federasiyasının aviasiyasının tərkibində Nikolayev şəhərini bombalayan və sonradan əsir götürülən pilotun anası Ukrayna xalqından üzr istəyib.

Gazette Az xəbər verir ki, Ukrayna şəhərini bombalayan rus pilotun anası da Ukraynanın Poltava vilayətinin Kremençuk məntəqəsinin sakini imiş.

Başqa söz, Rusiya tərəfindən Ukraynaya göndərilən pilot öz anasının da yaşadığı vilayəti bombalayan zaman əsir düşüb. Məlum olub ki, pilot 2014-cü ildə Krımın ilhaqı zamanı Rusiya tərəfinə keçib.

“Oğlum Rusiya hərbi-dəniz aviasiyasının işğal olunmuş Krım ərazisində Saki şəhərində yerləşən alayında pilot kimi xidmət edib. 2022-ci il martın 5-də Rusiya ordusunun komandanlığının cinayətkar göstərişlərini yerinə yetirərək Su-30 təyyarəsi ilə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan və əsir götürülərkən Nikolayev üzərində uçurmuş”,- əsir düşən pilotun anası deyib.

O əlavə edib ki, ailə bu məlumatı Nikolayev üzərində vurulan pilotlarla bağlı reportajı izləyərkən öyrənib: “Oğlum üçün ağrı və utancdan boğulmuşdum. Biz dəfələrlə Kremençuqda hava hücumu sirenlərinin dəhşətli uğultusunu eşitmişik. Ukraynanın bombalanması ilə bağlı cinayət əmrini necə yerinə yetirməyin mümkün olduğunu başa düşmək mənim üçün çətin idi. Təbii ki, oğlum üçün narahatam. Əsir düşüb, sağ qalıb. Normal layiqli insan yetişdirə bilmədiyim üçün oğluma və özümə görə Ukrayna xalqından üzr istəyirəm”, – deyə qadın bildirib.

Qeyd edək ki, qadının bəhs etdiyi qırıcı martın 5-də Ukrayna dəniz piyadaları tərəfindən vurulub. Daha sonra bir pilotun əsir götürüldüyü bildirilib.

 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR