
Reklam
03 Fevral 2022, 22:32
572
NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.
Gazette.az TASS-a istinadən xəbər verir ki, o, Rusiyanı geri çəkilməyə çağırıb.
“NATO "Soyuq müharibə"dən bəri Rusiyanın Belarusda ən böyük hərbi kontingentinin olduğunu müşahidə edir. Hazırda 30 min əsgər, xüsusi təyinatlı qüvvələr, Su-35 təyyarələri, "İsgəndər" raketi və S-400 Belarusa yerləşdirilib. Son günlərdə Belarusa gedən əsgərlərin sayında ciddi artım var. Biz Rusiyanı gərginliyi azaltmağa çağırırıq”, - Y.Stoltenberq deyib.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





