
Reklam
03 Fevral 2022, 17:20
581
DSX azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb
Dövlət Sərhəd Xidməti (DSX) işğaldan azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb.
DSX-nin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, azad edilmiş ərazilərdə 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





