Müdafiə naziri General-polkovnik Zakir Həsənov şəhid ailələri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub. Müdafiə naziri burada Qusar Rayonu İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.

Şəhidlərimizin xatirəsinin Dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Müdafiə naziri şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR