Prezident İlham Əliyev Qubadlıda DSX-nın hərbi hissəsinin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev kompleksdə yaradılan şərait barədə məlumat verərək bildirib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Qeyd edilib ki, hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Kompleksdə hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi üçün zəruri xidməti və təlim-tədris bazası formalaşdırılıb. Tibb məntəqəsində hərbi qulluqçulara lazımi tibbi xidmətin göstərilməsi məqsədilə zəruri şərait var. Hərbi hissənin poliqonunda təlim məşğələlərinin təşkili və keçirilməsi, hərbi qulluqçuların döyüşə hazırlığının və fərdi məharətlərinin yüksəldilməsi, hərbi bölmələr arasında qarşılıqlı əlaqələrin işlənilməsi və birgə döyüş qabiliyyətlərinin artırılması üçün zəruri baza yaradılıb. İdman şəhərciyində futbol və voleybol meydançaları, həmçinin kazarmalarda müasir standartlara uyğun idman avadanlığı və alətləri ilə təchiz olunmuş məşq zalları təşkil edilib.

Kinoloji təlim şəhərciyində işğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış sursatların axtarışına və aşkarlanmasına cəlb olunan xidməti itlərin hazırlanması, vərdişlərinin təkmilləşdirilməsi, xidməti it təlimatçılarının peşəkar hazırlığının inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.

Hərbi hissə kompleksi istilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilib. Ərazidə əsaslı tikinti-abadlıq işləri həyata keçirilib, geniş yaşıllıq zolaqları salınıb.

Beləliklə, bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR