
Reklam
02 Sentyabr 2021, 13:41
794
Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəlib
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.
Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





