Hərbi dənizçilərimiz “Dəniz kuboku” müsabiqəsində növbəti epizodun qalibi olublar – VİDEO

İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” beynəlxalq müsabiqəsi davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən GAZETTE-yə verilən məlumata görə, müsabiqə iştirakçıları “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu epizodun şərtlərinə əsasən 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları icra olunub və tapşırığın yerinə yetirilməsi hakimlər komissiyası tərəfindən izlənilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci, İran komandası 36 xalla ikinci, Rusiya təmsilçiləri 20 xalla üçüncü, Qazaxıstan komandası isə 18 xalla dördüncü yerdə qərarlaşıblar.

“Dəniz kuboku” müsabiqəsində Azərbaycan HDQ-nin “G122” və “G124” gözətçi gəmiləri və 66  hərbi qulluqçusu iştirak edir.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR