
Reklam
27 Avqust 2021, 13:39
778
Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub – MN
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





