
Reklam
02 Avqust 2021, 20:29
770
Ordumuza məxsus avtomobil vurulmayıb – Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus avtomobilin ermənilər tərəfindən vurulması iddiasına cavab verib.
Nazirliyin Mətbuat xidmətindən Gazette.az-a daxil olan məlumatda bildirilir:
Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bildiririk ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





