Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
Müdafiə və təhlükəsizlik
25.06.2022 / 13:24
Ermənistanda hərbçiləri daşıyan avtomobillər qəzaya düşüb.
Gazette.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb.
“KamAz” və “Mercedes” markalı 2 hərbi maşın toqquşub. Nəticədə 1 əsgər hadisə yerində ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
report
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay