BAKU Azərbaycan
24.03 °C

Estoniya MN: “Rusiya təlimlərdə ərazimizə raket hücumlarını məşq edir”

“İndi rusiyalıların Estoniya ərazisinə yönəlmiş raket hücumlarını imitasiya etdiyi təlimləri var”.

Gazette.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kusti Salm Finlandiyanın “İltalehti” qəzetinə bildirib.

Müdafiə naziri həmçinin Rusiya helikopterinin Estoniyanın hava məkanını pozduğunu xatırladaraq bunu son zamanlar dəfələrlə baş verdiyini vurğulayıb: “Rusiya helikopterləri bir neçə dəfə sərhəd pozuntusuna yol verib. Söhbət sahildən 50 mil uzaqlıqdakı gəmilərdən və ya təyyarələrdən getmir, helikopterlərdən gedir. Helikopter sərhədi təsadüfən keçmir”.

Xatırladaq ki, iyunun 18-i axşam saatlarında Rusiyanın “Mi-8” sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Hadisə, təxminən, iki dəqiqə davam edib.