BAKU Azərbaycan
24.03 °C

Ukrayna Prezident Ofisinin rəhbəri: “Belarus artıq müharibədə iştirak edir”

“Belarus Ukraynaya qarşı müharibədə iştirak edir, çünki bu ölkənin ərazisindən ərazimizə raketlər atılıb, qoşunlar hərəkət edib”.

Gazette.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “LB.ua” nəşrinə bildirib.

“Şübhəsiz ki, onlar öz ərazilərini Rusiya qoşunlarının ixtiyarına veriblər. Amma məhz Belarus xalqının əhvali-ruhiyyəsi səbəbindən Belarus ordusunun müharibədə genişmiqyaslı iştirak etmək ehtimalı aşağıdır”, - o deyib.

A.Yermak Belarus Prezidenti Aleksandr Lukaşenkonun məsuliyyətə cəlb edilməsi perspektivlərini də qiymətləndirib: “Çox həssas məsələdir. Rusiyalılarla birgə onların da adları sanksiyalar siyahısına salınıb. Şübhəsiz ki, itkiləri və kompensasiya məsələlərini müəyyən edərkən bu məsələni də nəzərə alacağıq. Amma Belarusun müharibədə aktiv iştirak etməməsi strateji cəhətdən mühüm məsələdir”.

 

 

report